QAT: "Sarkisyanın ruhi xəstə olduğu artıq heç kəsdə zübhə doğurmamalıdır"

img

27-07-2011 [02:45]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Serj Sarkisyanın işğalçı niyyətli növbəti açıqlaması ilə bağlı bəyanat verib. QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, işğalçı Ermənistanın terrorçu prezidenti Serj Sarkisyanın növbəti dəfə özünü və təmsil etdiyi rejimi ifşa edən açıqlama ilə çıxış etməsi beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır: ?Bu cür bəyanatla çıxış edən şəxsi normal adam hesab etmək olmaz. Bu şəxsin ruhi xəstə olduğu artıq heç kəsdə şübhə doğurmamalıdır. Hesab edirik ki, bu etirafdan sonra beynəlxalq təşkilatlar öz mövqelərinə aydınlıq gətirməli, işğalçı Ermənistana qarşı adekvat mövqe tutmalı, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində addımlar atmalıdır?. Bəyanatda beynəlxalq qurumlar tərəfindən S. Sarkisyanın psixi durumunun araşdırılması üçün komissiyanın yaradılmasının vacibliyi də qeyd olunub: ?Bu cür anormal şəxsin hansısa ölkəyə başçılıq etməsi təhlükəlidir. Azərbaycan hakimiyyəti isə iki gündən bir sarsaqlayan, cəfəng fikirlər səsləndirən bu şəxslə danışıqlardan, bir masa arxasında oturmaqdan imtina etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA