Güləzçimiz ermənini məğlub edərək dünya çempionu oldu

img

27-07-2011 [12:58]


Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclərarasında dünya birinciliyi keçirilir. Güləş Federasiyasının (FİLA) rəsmi saytının verdiyi məlumata görə, 50 kq çəkidə çıxış edən yunan-roma güləşçimiz Vilayət Qəhrəmanlı birinciliyinin ilk günü öz çəkisində hamıdan güclü olub. İdmançımız müvafiq olaraq 1/8 finalda erməni idmançısı Rudik Mkrtıçyan, 1/4 finalda Gürcüstan təmsilçisi Nika Tsetkaladzeni məğlub edib. Yarımfinalda Rusiya güləşçisi Pavel Vasilenko da güləşçimiz qarşısında aciz qalıb. Həlledici qarşılaşmada isə Vilayət Qəhrəmanlı Qazaxıstanlı Janserik Sarsenbiyevlə üz-üzə gəlib. Qarşılaşmada idmançımız hakimlərin rəqibə xəbərdarlıq etməsi nəticəsində qalib elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA