Rauf Arifoğluna qarzı sərt ittihamlar

img

26-07-2011 [06:28]


BAXCP sədrinin müavini Elçin Mirzəbəyli partiyanın mətbuat xidmətinə müxalifətin keçirdiyi aksiyalardan sonrakı vəziyyətlə bağlı açıqlama verib. Mətbuat xidmətindən MİA-ya daxil olan məlumatda bildirilir ki, İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada həbs olunan gənclərin məhkəmə prosesinin davam etdiyi bir zamanda adıçəkilən qurumun rəhbərliyinə daxil olan şəxslər ölkədən xaricdə istirahət edirlər. Bir neçə müddət öncə İctimai Palatanın aksiyasında həbs olunan şəxslərin təcridxanada saxlanıldığı bir vaxtda onları mitinqə dəvət edən şəxslərin Yessentukidə istirahət etdiyini dilə gətirən BAXCP sədri Rauf Arifoğlunun qarğışına tuş gəlmişdi. O zaman İctimai Palatanın təmsilçisi və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Yessentukidə Pənah Hüseyn və digərlərilə birgə müalicə olunduğunu bildirmişdi. Amma hazırda Rauf Arifoğlunun müalicədə deyil, Türkiyədə olduğunu və Quş adasında istirahət etdiyini nəzərə alıb, məhkəmə prosesi davam edən gənclərlə bağlı BAXCP sədrinin müavini Elçin Mirzəbəyliyə müraciət etdik. "İctimai Palatanın təyin etdiyi razılaşdırılmamış aksiyada həbs olunan gənclərin məhkəmə qarşısında dayandığı bir zamanda qurumun rəhbərliyində təmsil olunan şəxsin xaricdə istirahət etməsini necə qarşılayırsınız" sualının cavabında Elçin Mirzəbəyli təəccüblənmədiyini dedi: ?Əslində, sualınıza özünüz cavab verdiniz və mən bu məsələyə xüsusi şərh verməyə ehtiyac duymuram. Məni təəccübləndirən başqa məsələdir. Diqqət yetirin, gənclərin məhkəmə prosesində onları razılaşdırılmamış aksiyaya dəvət edən şəxslərdən biri də iştirak etmir. İndi Rauf Arifoğlunu başa düşdük. Sizin dediyinizə görə o Quş adasındadır. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn və adlarını çəkmədiyim digər şəxslər ki, ölkədədirlər. Bu adamlar beşcə dəqiqələrini belə həbslərinə bais olduqları gənclərin məhkəmə prosesində keçirmək istəmirlər. Əslində, bu ciddi mənəvi böhranın göstəricisidir. Mən çox istərdim ki, məhkəmələr həmin gənclərə həbs cəzası verməsinlər. Düşünürəm ki, həbsdə olduqları müddətdə bu gənclər kimin kim olduğunu yaxşı başa düşüblər. Bu baxımdan, onların azadlığa buraxılmasını arzulayardım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA