Müsavat hakimiyyət qarzısında tələb qoydu

img

25-07-2011 [06:32]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəliyin partiyadaxili məsələ bölümündə qurultaya hazırlıq işlərinin gedişatı haqqında məlumat dinlənilib və müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib. İctimai-siyasi vəziyyət bölümündə 2 aprel siyasi və vicdan məhbusları ilə bağlı müzakirələr aparılıb. İstintaqın absurd dərəcədə uzadılması, məhkəməyə təqdim edilmiş ittihamnamənin tamamilə uydurma və qərəzli olduğu bir daha sübut edir ki, bütün bunların arxasında siyasi sifariş dayanır. AXCP üzvü Sahib Həsənlinin qondarma ittihamlar əsasında 2 il müddətinə azadlıqdan məhrum edilməsi, Bəxtiyar Hacıyevin ən ağır şəraitin mövcud olduğu 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi, Vidadi İsgəndərlinin Göyçayda keçirilən məhkəməsində şahidlərə təzyiqlər edilməsi sərt qınanılıb. İyulun 22-də Norveçdə baş vermiş terror hadisəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çoxlu insan təlafatına səbəb olmuş bu qanlı aksiyas kəskin şəkildə pislənilib və Norveç xalqına baş sağlığı verilib. Divan inandığını bildirib ki, çağdaş dünyanın ən azad və firavan cəmiyyətlərindən birini qurmuş Norveç xalqını demokratiya və inkişaf yolundan döndərmək mümkün deyil. O, bundan sonra da tutduğu yolla inamla irəliləyəcək. Yığıncağın sonunda Vurğun Əyyubun Türkiyədə vəziyyət və Türkiyə-Azərbaycan münasibətləri haqqında məlumatı dinlənilib və bu kontekstdə Azərbaycanın Türkiyə vətəndaşlarına qarşı viza rejimini ləğv etməməsi bir daha pislənilib. Qeyd edilib ki, Türkiyə tərəfi çoxdandır bu addımı atsa da, Azərbaycan indiyədək bu məsələni texniki problem bəhanəsiylə yubadırdısa, indi aydındır ki, məsələnin mahiyyətində hansısa müəmmalı siyasi səbəblər dayanır. Divan iqtidardan bu məsələdə bəhanələrə son qoymağa və tezliklə adekvat şəkildə həll etməyi tələb edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA