ümid Partiyası narahatdır

img

25-07-2011 [04:27]


Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov Azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdə Qəbələ RLS ilə bağlı da fikir mübadiləsi aparıb. Qəbələ RLS-nin gələcək statusu barədə Azərbaycan içtimayətinin müxtəlif fikirdə olduğunu nəzərə alaraq Ümid Partiyasının sədr müavini Taleh Əliyevin bu məsələyə münasibətini öyrəndik. T.Əliyev bildirdi ki, Azərbaycan ? Rusiya munasibətlərinin inkişaf etdirilməsi çox normal haldır. Amma nəzərə alsaq ki, Azərbaycan hərbi sahədə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə deyil, NATO ilə əmakdaşlıq edir. O zaman bu tip qərarların qəbuluna daha strateji yanaşılmalıdır. Hesab edirəm ki, Azərbaycan Qəbələ RLS-ni yenidən Rusiyaya icarəyə verməklə strateji olaraq qazanmır, əksinə milli maraqlarımıza qarşı yeni təhdidlər yaradır.Hər şeydən öncə Qəbələ RLS Azərbaycanın hərbi və dövlət əhəmiyyətli obyektlərinə nəzarət edə bilir. Kim zəmanət verir ki, sabah bu stansiyanın Azərbaycanla bağlı məlumatları Ermənstan tərəfinə ötürülmüyə bilər.Digər tərəfdən həm də bu stansiya vasitəsi ilə bütün yaxın şərqdəki proseslərə nəzarət etmək olur. Məncə Azərbaycan bu informasiyalara malik olsada oz dövlət maraqları üçün bundan yararlana bilməz. Çünki nə dövlətimizin möcud potensalı buna imkan verir, nə də hazırkı iqdidarın belə bir siyasi istəyi hiss olunur. Ekoloji cəhətdən də qeyri-qənaitbəxş olan bu stansiya, Azərbaycanın turizim sənayesi üçün də potensial təhlükə mənbəyidir. Turizim üçün böyük infrasturukturun qurulduğu Qəbələ rayonu ərazisində yeni beynəlxaq aeroportun tikilməsi barədə dövlət başçısının göstəriş verməsi də onu göstərir ki, Azərbaycan bölgədə turizmi inkişaf etdirməklə daha çox şey qazana biləcəyini düşünür, nəinki Qəbələ RLS-ni yenidən Rusiyaya icarəyə verməklə. Rusiya tərəfinin bu məsələdə israrlı olması da başa düşüləndir. Yaxın Şərqdə itirilmiş nüfuzunu bərpa etmək və rəqiblərinin fəaliyyətini daha yaxından izləmək üçün bölgəni nəzarətdə saxlayan Qəbələ RLS kimi strateji bir obyekti yenidən uzun müddətə icarəyə götürmək bizdən fərqli olaraq Rusiyanın milli maraqlarına uyğundur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA