DAK iH və DAK NTK nın verdiyi hər iki qərar təzkilatı yeni bir mərhələyə götürəcək

img

25-07-2011 [03:57]


Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri, DAK Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvü Səftər Rəhimli qurumun adı ətrafında gedən söz-söhbətə aydınlıq gətirib. MİA-ya açıqlama verən S.Rəhimli deyir ki, arxada məsələləri şəxsi müstəviyə çəkdirmək çabaları var və bu niyyəti VHP təşkilat məsələlər məsulu, DAK-ın mahiyyətindən xəbəri olmayan Samir Əsədli səviyyəsində həyata keçirmək istəyirlər: ?Lakin mən belə davranışlara çox təəssüf edirəm və üzülürəm. DAK Azərbaycanın ilk beynəlxalq təşkilatıdır və demokratik təşkilatdır. Demokratik təşkilatlarda rəhbərliyə seçilənlər bəzi yanlış fəaliyyətlərinə görə seçənlər tərəfindən müxtəlif formalarda mənfi qərarlar alınar və cəzalana bilərlər. Əgər hamımız doğrudan da demokratiyadan yanayıqsa, mənə elə gəlir ki, belə məsələləri faciə kimi qəbul etmək lazım deyil. Əksinə hamı səhv edə bilər burada böyüklük göstərib demokratiyanin bir qanunauyğunluğu kimi qəbul etmək lazımdır. Amma bizim tərəfdən təşkilatımızın daha da qabağa getməsi istiqamətində çalışmalarımız davam edir, fəaliyyətimiz qurultayın qərarları və Nizamnamə çərçivəsində həyata keçirilir?. Sonda S.Rəhimli bildirdi ki, DAK İH və DAK NTK nın verdiyi hər iki qərar təşkilatımızı yeni bir mərhələyə götürəcək: ?Bu günə qədər DAK da böyük xidmətlər göstərmiş və müəyyən səbəblərə görə təşkilatımızdan incimiş, getmiş dəyərli aydınlarımız, içtimai-siyasi xadimlərimiz,gənclərimiz millət vəkillərimiz DAK-a dönəcək, bütün umumküsünü bir kənara qoyacağıq və bir çətir altında Azərbaycanımızın birliyinə və inkişafına, əminamanlığa və sülhə,dürüstlüyə və ədalətə,gözəlliyə və xoşbəxtliyə doğru birgə addımlayacağıq?. DAK İdarə Heyətinin üzvü, Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Hüquq Fakultəsinin Dosenti Oktay Hüseynov da fikirlərini bildirib: "Samir Əsədli mənim adımı çəkərək yalan danişir. DAK idarə heyəti Mirəşrəf Fətiyevin sədrliyi və mənim katibliyimlə 11 nəfər İdarə heyətinin və DAK NTK-nın iştirakı ilə 19.07.2011 ildə paltak vasitəsi ilə növbədənkənar toplantı keçirdi. DAK həmsədrlərinin Azərbaycan nümayəndəliyinin ləğvi qərarı DAK həmsədrlərinin səlahiyyətində olmaması və nizamnamənin pozulması məsələsi müzakirə edilərək həmsərlərin verdiyi qərar qeyri-qanuni hesab edildi.DAK həmsədrləri S.Rüstəmxanlı və F.Pərvizniyanın səlahiyyətləri təqdim edilən qeyri qanuni və neqativ hərəkətlərə əsasən müzakirə edildi və S.Rüstəmxanlı,F.Pərvizniya DAK həmsədrliyindən azad edilərək səlahiyyətləri İdarə heyətinə tapşırıldı.Sonra DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin haqqında təqdim edilən materiallara , təkliflərə baxıldı və Daimi şuranin səlahiyyətləri qurultaya qədər dayandırıldı. DAK İdarəHeyətinin qərarı ilə S.Rüstəmxanlı və Ə.Tağızadə İdarə Heyyəti tərəfindən cəzalandırıldı. Sonda, növbədənkənar qurultayın kecirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı. Samir Əsədli mənimlə heç bir əlaqə saxlamayıb yalan danışır və mənim adımdan deyilənlər həqiqətə uyğun deyil.Mən bir hüquqşunas olaraq deyə bilərəm ki,DAK İdarə Heyətinin və DAK NTK-nın rəyi Qurultayın qərarlarına və Nizamnaməyə uyğun şəkildə həyata keçirilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA