ADP Norveçin Azərbaycandakı səfirliyinə bazsağlığı məktubu göndərib

img

23-07-2011 [04:46]


ADP Norveçin paytaxtı Osloda hökumət binasının yaxınlığında baş vermiş güclü partlayış və bu partlayışın ardınca əynində polis forması olan naməlum şəxsin ölkənin hakim işçi partiyasının Oslo yaxınlığındakı Utoya adasında yerləşən gənclər təşkilatının düşərgəsindəki insanları atəşə tutması ilə çoxsaylı insan tələfatından ciddi narahat olduğunu bildirir və bu qanlı olayı qətiyyətlə pisləyir. ADP hesab edir ki, baş vermiş bu hadisə cəmiyyət qanunları ilə bir araya sığmayan, cəngəllik qanunları əsasında həyata keçirilən bir terror aktıdır. ADP bu faciənin təkcə Norveç xalqının deyil, bütün insanlığın faciəsi olduğunu, eyni zamanda Norveç xalqına qarşı törədilən bu terror aktını bütün bəşəriyyət əleyhinə yönəlmiş bir terror aktı olduğunu bir daha bəyan edir. ADP Azərbaycan xalqının da terrordan əziyyət çəkdiyini qeyd edərək, terrorun sərhəd tanımadığını və heç bir xalqın bu cinayətin qurbanı olmasından sığortalanmadığını bildirərək bu bəşəri cinayətə qarşı dünya xalqlarının birgə mübarizə aparmasının vacibliyini bir daha diqqətə çatdırır. ADP beynəlxalq gücləri və dünyanın tərəqqipərvər qüvvələrini insanlığın və demokratiyanın əleyhinə yönəlmiş bu terror aktından ciddi nəticə çıxarmağa və Norveç xalqının timsalında bütün bəşəriyyəti təhdid altında saxlayan bu cür qanlı olayların baş verməməsi üçün preventiv addımlar atmağa və qətliamı törədən cinayətkarların cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırır. P.S. ADP Norveçdə baş vermiş bu qanlı faciə ilə bağlı Norveçin Azərbaycandakı səfirliyinə də başsağlığı məktubu göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA