Kamal Kılıçdaroğludan Sərdar Cəlaloğluna məktub gəlib

img

21-07-2011 [04:50]


ADP-nin Türkiyədə Ana müxalifət hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) Böyük Millət Məclisinə 12 iyun 2011-ci il tarixdə keçirilmiş seçkilərdə əldə etdiyi uğurlar münasibəti ilə bu partiyanın Genel Başqanı Kamal Kılıçdaroğluna ünvanladığı təbrik məktubuna cavab gəlib. ADP-yə CXP-nin Genel Başqanı Kamal Kılıçdaroğlu tərəfindən daxil olan məktubda deyilir: ?Türkiyədə 12 iyun 2011-ci il tarixdə keçirilən seçkilərin nəticələri ilə bağlı göndərdiyiniz təbrik məktubunuzu aldım. Xalqımızın etimadını layiqli yerinə yetirəcəyimizi və bu yöndə sizin dəstəklərinizin bizim üçün çox gərəkli olduğunu ifadə etmək istərim. CXP Qardaş Xalqlarımız arasında dərin əlaqələrini bir öncəlik olaraq bilməkdə olub, Türkiyə Böyük Millət Məclisində və digər sahələrdə çalışmalarında da bu önəmli görəvi yüksək səviyyədə yerinə yetirməyə davam edəcəkdir. Türk dövləti və xalqı Dağlıq Qarabağ məsələsinin ədalətli həllində həmişə Azərbaycan xalqının yanında olacaq, CXP bu problemin həlli ilə bağlı əlindəki bütün imkanlardan istifadə edəcək və daim bu problemi diqqət mərkəzində saxlayacaqdır.? Məktubun sonunda CXP-nin ADP ilə əlaqələrə böyük əhəmiyyət verdiyi və qardaş xalqlar arsında əlaqələrin daha da dərinləşdirilməsi baxımından partiyalararası münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının vacib olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA