Mübariz Əhmədoğlu: ?Ermənistan heç vaxt Dağlıq Qarabağı sülh yolu ilə geri qaytarmayacaq?

img

21-07-2011 [04:28]


Bu gün ?Mübariz Əhmədoğlu ilə Qarabağ saatı? layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyəti təhlil edərək, jurnalistləri maraqlandəran suallara cavab verib. SİTM sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməməsinin günahkarı Ermənistan olsa da, bu həqiqəti hələ ki yalnız Azərbaycan dərk edir: ?Vasitəçilər bu həqiqəti dərk etməyə yaxınlaşsalar da, Kazan görüşü ərəfəsində bu həqiqətdən uzaqlaşdılar. Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin, eləcə də digər münaqişələrin dinc yolla tənzimlənməsinin apogeyi və ya kulminasiya nöqtəsi oldu. Siyasi metodlarla bundan yuxarı zirvəyə qalxmaq mümkün deyil. Ermənilər bu qədər görülən işə, çəkilən zəhmətə, sərf olunan resursa ?yox? deyibsələr, qalan analoji dinc təşəbbüslərə də ?yox? deyəcəklər. Ermənistan başında kimin durmasında asılı olmayaraq, heç bir zaman, heç bir şərt daxilində Dağlıq Qarabağı dinc yolla Azərbaycana qaytarmayacaq. Dağlıq Qarabağda ermənilərin əldə etdiyi qələbə tarixləri boyu əldə etdikləri ilk qələbədir. RF prezidenti D.Medvedyevin Kazan görüşündən sonra irəli sürdüyü təklifə Ermənistan rəhbərliyinin cavabı yubatmasının səbəbi də burada axtarılmalıdır. Bu məsələdə Ermənistan rəhbərliyinin istifadə etdiyi metodlar cığal uşağın hərəkətlərinə bənzəyir?. Politoloq deyib ki, Kazan görüşü ərəfəsində və sonra başlamış geosiyasi oyunlar kifayət qədər çoxşaxəli və mürəkkəb halda davam edəcəkdir. Yeni geosiyasi oyunlara ilk növbədə Rusiyanın xarici siyasətinin sınaq testi kimi yanaşmaq lazımdır: ?Əgər Rusiyanın xarici siyasəti meydana çıxmasında özünün yaxından iştirak etdiyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edə bilmirsə, deməli, SSRİ dağılandan sonra Rusiyanın xarici siyasəti zərrə qədər də güclənməmişdir. DQ testindən keçə bilməyən xarici siyasət yeni reallıqlara da davam gətirməyəcəkdir. Qərb üçün bu testin nəticəsini konstatasiya etmək indiki dövrdə çox vacibdir. Dünyanın ən mühüm prosesləri keçmiş SSRİ-nin ən güclü maraq zonasında olmuş Yaxın Şərq regionunda baş verir?. Ekspert qeyd edib ki, Rusiya prezidentinin təşəbbüslərinin nəticəsizliyi, DQ münaqişəsinin tənzimlənməməsini rusiyadaxili faktora çevrildi. Ermənilər ?pis Medvedyev - yaxşı Putin? formulu ətrafında manipulyasiya edərək Medvedyevə ciddi zərbə vurdular: ?Hal-hazırda Medvedyevin ətrafındakı ermənilərin potensialı M.Qorbaçovun ətrafındakı potensialla müqayisə oluna bilər. Diqqət çəkən məsələlərdən biri də budur ki, Medvedyevin ətrafında yalnız millətçi, destruktiv və gizli antirusiya parametrli ermənilər toplanmışdır. DQ münaqişəsinin tənzimlənməsində nisbi obyektivliyə yaxın mövqeli ermənilər Medvedyev Rusiyasında sıxışdırılır. D.Medvedyevin dövründə aktivləşən ermənilər öz əlaqələrini yenidən digər beynəlxalq erməni təşkilatları ilə koordinasiya edirlər. Ermənilərin ortalığa qoyduğu ?pis Medvedyev - yaxşı Putin? formulu D.Medvedyev və Rusiya üçün problem yaratdı; Medvedyevin seçilməsi ciddi şübhə altındadır. Ermənilərin V.Putini aldatmaları bəlkə də mümkün deyil. Rusiyanın resurslarından öz maraqları üçün tam şəkildə istifadə edən Rusiya erməniləri müasir Rusiyada islahatçılığın bir nömrəli düşmənidirlər. M.Qorbaçov SSRİ-də islahata başladı. Ətrafındakı ermənilərin hesabına onun islahatçılığı SSRİ-nin dağılmasına gətirdi. D.Medvedyevin islahatçılığı da ermənilərin hesabına Rusiyanı parçalanmağa doğru aparır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA