iqbal Ağazadə Beynəlxalq Böhran Qrupunun məsləhətçisini qəbul etdi

img

20-07-2011 [02:29]


Bu gün Ümid partiyasının sədri, Millət Vəkili İqbal Ağazadə Beynəlxalq Böhran Qrupunun məsləhətçisi xanım Jessica Shapironu öz qərargahında qəbul edib. Təşkilatdan verilən məlumata görə, görüş zamanı Azərbaycan Ermənistan münaqişəsi, bu günkü vəziyyət, problemin həlli yolları müzakirə erdilib. Beynəlxalq Böhran Qrupunun məsləhətçisi xanım Jessica Shapiro Ümid partiyasının sədri, Millət Vəkili İqbal Ağazadənin münaqişəyə və onun tənzimlənməsinə münasibətini dinləyib, qeydlər aparıb. Xatırladaq ki, Beynəlxalq Böhran qrupu düyünə düşmüş münaqişələrin qarşısını almaq və onları həll etmək məqsədilə beş qitədə yerlərdə aparılan təhlillər və yüksək səviyyəli məsləhətçilərlə işləyirlər.. Siyasi təhlilçilər qrupu zorakı münaqişənin qopması, güclənməsi və ya yenidən baş verməsi təhlükəsi olan ölkələrdə və ya həmin ölkələrin qonşuluğunda yerləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA