Sabir Rüstəmxanlı və Firudun Pərvizniya DAK həmsədrliyindən çıxarıldı

img

19-07-2011 [10:14]


DAK İdarə Heyəti 19.07.2011-ci il tarixdə DAK Nizamnaməsinin 5.1/5.3/5.4. maddələrini əsas tutaraq növbədənkanar toplantı keçirib. DAK-ın XI-ci Qurultayından bü günə qədər DAK Həmsədrləri Sabir Rüstəmxanlının, Frudun Pərvizniyanın və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin qanunsuz fəaliyyətləri DAK İdarə Heyətinin gündəliyinə salınaraq müzakirə olunub. DAK İdarə Heyətinin üzvləri gündəlikdə duran məsələlərin müzakirəsindən sonra DAK Nizamnaməsinin 5. 5 maddəsini əsas tutularaq bir necə qərarlar verilmişdir. DAK Həmsədrləri Sabir Rüstəmxanlı, Firudun Pərvizniya və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK-ın Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətləri müzakirə olunaraq qərara alınmışdır: 1. DAK-ın Nizamnamənin 5.5 maddəsinə əsasən DAK Həmsədrləri Sabir Rüstəmxanlı və Frudun Pərvizniya DAK Həmsədrliyindən azad olunsunlar. DAK-ın növbəti qurultayına qədər DAK Həmsədrlərinin səlahiyyətləri DAK Nizamnaməsinin 5. 9 maddəsinə əsasən DAK İdarə Heyətinə həvalə edilsin. 2. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə DAK Daimi Şurasının sədrliyindən azad edilsin. DAK Daimi Şurasının fəaliyyəti növbəti qurultaya qədər dayandırılsın. 3. DAK İdarə heyətinin üzvü Sabir Rüstəmxanlıya və DAK İdarə Heyətinin üzvü Əjdər Tağızadəyə DAK-ın Nizamnaməsini dəfələrlə kobud şəkildə pozduqlarına, DAK-ın Ali orqanı olan Qurultayın verdiyi qərarlara məhəl qoymadıqlarına, Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətində göstərdikləri bir çox neqativ hərəkətlərinə görə töhmət elan edilsin. Sonda, DAK Nizamnaməsinin 4. 3 maddəsi əsas götürülərək, DAK-ın növbədənkənar qurultayının çağırılmasi məsələsi müzakirə edildi. Müzakirələrdən sonra növbədənkənar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. DAK İdarə Heyyətinin üzvləri Mirəşrəf Fətiyev, Bəhruz Həqqi, Hüseyin Vüsuqi, Baba Tağıyev, Oktay Hüseynov, Fərəməz Quluzadə və Səftər Rəhimli Qurultaya Hazirliq Təşkilat Komitəsinin üzüvləri seçildilər.. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyatinin növbədənkənar toplantısı: Sədr: Mirəşrəf Fətiyev Katib: Oktay Hüseynov.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA