Əli Əhmədov AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının üzvləri ilə görüzüb

img

19-07-2011 [04:14]


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının üzvləri - AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının sədr müavini Pedro Aqramunt, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Aqustin Conde Bajen və AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıq və Təsisat Məsələləri Komitəsinin sədri Egidijus Vareikisi qəbul edib. Ə. Əhmədov bildirib ki, Azərbaycan cəmiyyəti beynəlxalq strukturlardan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi addımların atılmasını gözləyir: ?Təəssüf ki, hələ də münaqişənin nizama salınması istiqamətində ciddi nəticələr əldə olunmayıb. Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaqdan ötrü müvafiq tədbirlər həyata keçirir. Amma bütövlükdə bu münaqişənin həlli istiqamətində beynəlxalq birlik səylərini gücləndirməlidir?. Ə. Əhmədov YAP-ın Avropa Xalq Partiyası ilə əməkdaşlıq etdiyini xatırladıb: ?YAP bu təşkilata üzv olmaq üçün müraciət edib. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə də baxılacaq?. P. Aqramunt isə səfərin məqsədi barədə məlumat verərək Bakıda dinlərarası dialoqa həsr olunmuş dəyirmi masada iştirak edəcəklərini vurğulayıb: ?Biz başqa dinləri təmsil etsək də, eyni dəyərləri bölüşürük. Avropa Xalq Partiyasında bizim müsəlman tərəfdaşlarımız da var. Ümid edirik ki, qarşılıqlı dialoq bütün cəmiyyətlər üçün böyük fayda verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA