Qənirə Pazayeva ermənilərə cəza verilməsini tələb etdi

img

15-07-2011 [03:05]


Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində həyatını itirmiş 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və ağır yaralanan anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı ilə bağlı məsələni AŞPA-da və bütün beynəlxalq təşkilatların qarşısında qaldırılacağını deyib. Millət vəkili bunun Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı olmadığını bildirib. Qənirə Paşayeva son hadisənin isə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetiriliməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsi kimi qiymətləndirib. Millət vəkili, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatları Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına laqeyd münasibət göstərməkdə qınayıb: ?ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktların yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidirlər. Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA