ümid Partiyası: "Bu, insanliğa qarzi cinayətdir"

img

15-07-2011 [02:53]


Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verən qanlı olayla bağlı açıqlama verən Ümid Partiyasının sədr müavini Taleh Əliyev bildirdi ki, baş verən hadisə insanliğa qarşi cinayətdir. Qarşı tərəflə bucür üsullarla mübarizə aparmaq müasir dünya praktikasında çox az-az təsadüf olunan bir mübarizə üsuludur. Təssüflər olsun ki, ermənilər 1994-cü ildə də həmin ərazidə analoji cinayyət törətmişlər. Belə ki, o zamanda Ermənistan tərəfindən çaya buraxılan oyuncağ azyaşlı uşaqlar tərəfindən götürülərkən partlayış baş vermiş və nəticədə iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Bu halın bir daha təkrar olması isə onu göstərir ki, bu təsadüfü və ya qeyri-peşəkarların törətdiyi cinayyət deyil.Bütövlükdə insanlığa qarşı yönəlmiş bir dövlət siyasətidir. 13 yaşlı Aygün Şahmalıyevanın faciəvi ölümü tək bir ailənin və millətin deyil, bütün bəşəriyyətin faciəsidir. Bu cür qeyri-insani mübarizə üsullari ilə mübarizə aparmaq insanlıq adına utancdır.Hesab edirəm ki, Azərbaycan tərəfi baş vermiş qanlı olayı beynəlxalq içtimayyətin diqqətinə çatdıraraq Ermənistan dövlətini beynəlxalq qınaqla üz-üzə qoymalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA