Arif Hacılının həbs müddətini yenə uzatmaq istəyirlər

img

14-07-2011 [09:18]


Bakı şəhər Prokurorluğu Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb. Bu haqda vəkil Əshabəli Mustafayev məlumat verib. Prokurorluğun vəsatətinə Səbail rayon Məhkəməsində baxılacaq. Aprelin 2-də İctimai Palatanın keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İttiham olunanlardan 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA