Deputatlar BDU-da Elmi Şuranın son iclasıda iztirak ediblər

img

13-07-2011 [06:38]


Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Uclasda rektor, akademik Abel Məhərrəmov çıxış edədək dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Tədris işləri üzrə prorektor, professor İradə Əliyeva 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər. Çıxış edən Tədris hissəsinin müdiri İbad İbadov bəzi kafedraların birləşməsindən, kafedraların adlarında dəyişiklik edilməsindən bəhs edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib ki, tədris ilinin yekunları üzrə ?İlin müəllimi, ?İlin kafedra müdiri?, ?İlin dekanı? müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov, deputatlar Bəxtiyar Əliyev, Jalə Əliyeva da iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA