AiDP bəzi nazirliklərin bölgələrə köçürülməsini təklif edir

img

13-07-2011 [12:37]


AİDP maraqlı təkliflə çıxış edib. Belə ki, partiya ölkədə struktur islahatlarının aparlımasını, həmçinin bəzi dövlət qurumlarının bölgələrə köçürülməsini məqbul sayır. Bununla bağlı açıqlama verən AİDP sədri hacı Tahir Abbaslı deyib ki, o struktur islahatları aparlımasını irəli sürərkən bunu antikorrpusiya tədbirlərinin sürətləndiriliəsinə təkan kimi görür: ?Antikorrupsiya tədbirləri təkcə inzibati yollarla effekt verə bilməz. Bu prosesdə dünya təcrübəsində sınaqdan çıxarılmış struktur islahatları da tətbiq olunmalıdır. Biz mütəxəssislərlə müzakirələr apardıqdan sonra belə bir nəticəyə gəldik ki, bəzi dövlət qurumları birləşdirilə. Ləğv oluna bilər. Məsələn, ?Azərsu? ASC ilə Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətini birləşdirib Dövlət Su Agentliyi yaratmaq, ?Azərenerji? SC-ni Dövlət Neft Şirkətinə birləşdirmək, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibinə vermək, onsuz yüksək səlahiyyətləri olmayan Kənd Təsərrüfatı Nazirliyini ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə vermək mümkündür?. Bəzi dövlət qurumlarının bölgələrə köçürülməsinə gəlincə, AİDP sədri deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda saxlanılması məntiqsiz bir işdir: ?Bu nazirliyin gördüyü işlərin 99 faizi bölgələrlə bağlıdır. Hesab edirəm ki, sözügedən nazirliyi Gəncəyə köçürmək lazımdır. Çünki bu şəhər kənd təsərüffatı rayonlarının yaxınlığındadır, üstəlik uənd təsərrüfatı üçün kadr hazırlayan təhsil müəssisəsi. Aqrar Universitetdə bu şəhərdədir. Bundan Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətini də Bakıda saxlmaqdansa bölgəyə köçürmək lazımdır. Məgər Bakıda suvarma sistemi var? ?Azərenerji? Mingəçevirdə fəaliyyət göstərə bilməz? Mədəniyyət və Turizm Nazirliyini Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şamaxıda, Şəkidə yerləşdirmək daha məqbul variantdır. Azərbaycanın inkişaf etmiş turizm məkanı da şimal zonası ilə bağlıdır. Ölkənin ən bahalı layihələrindən olan Şahdağ Turizm kompleksi də bu regiondadır?. AİDP sədri bildirib ki, bu yerdəyişmələr Bakınrın onsuz da ağır olan yükünü bir nədər azaldar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA