2 aprel aksiyasında tutulanların məhkəməsi bazladı

img

13-07-2011 [12:03]


İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovun məhkəməsi başladı. Bu gün saat 10.00-da Səbail Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilir. Media mənsubları məhkəməyə buraxılmayıb. Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, proseslər açıq keçirilsə, cəmiyyət bu məhkəmənin şou olduğunu, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların qondarma olduğunu görəcək: ?Bu həbslər siyasi sifariş olduğundan istintaqın da, məhkəmənin də nəticəsini proqnozlaşdırmaq çətindir. Hər an qərarlarını dəyişə bilərlər. Amma hazırkı iş materialları və sübutlarla bu şəxslərin təqsirli olduğunu isbat edə bilməzlər. Onlar özləri də bilirlər ki, ittihamlar saxtadır. Məhkəmənin bu adamlara bəraət verməyə gücü çatmayacaqsa, heç olmasa şərti cəza versin. Biz birinci növbədə ona çalışırıq ki, məhkəmə prosesi açıq keçirilsin. Mətbuat, beynəlxalq təşkilatlar prosesdə iştirak edə bilsinlər. Onlar isə çalışacaqlar ki, məhkəmə zalında maksimum az adam iştirak etsin. İstəsələr, zala 40 nəfər də yerləşdirə bilərlər. Amma mülki geyimli adamları, nəzarətçiləri yığacaqlar ki, yerlər tutulsun. Bəlkə oturacaqların bəzilərini də götürəcəklər ki, yerlərin sayı azalsın. Bunu keçmiş təcrübədən çıxış edərək deyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA