Fərəc Quliyevin partiyası qeydiyyatdan keçib

img

12-07-2011 [02:16]


Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası (AMDHP) Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bu barədə partiyanın sədri, millət vəkili Fərəc Quliyev (Ulusoy) məlumat verib. Quliyev qeyd edib ki, partiyanın rəsmi dövlət qeydiyyatından keçməsi AMDHP-yə bir sıra üstünlüklər qazandıracaq. ?Rəsmi dövlət qeydiyyatı bizə imkan verəcək ki, qarşıdan gələn illərdə keçiriləcək prezident, parlament və bələdiyyə seçkilərində partiya olaraq iştirak edə bilək. Bundan əlavə, dairə seçki komissiyalarında və məntəqə seçki komissiyalarında nümayəndələrimizin olmasını təmin edə biləcəyik?, - Quliyev əlavə edib. AMDHP artıq altı ildir ki, fəaliyyət göstərir. Partiyanın Milli Məclisdə bir nümayəndəsi var. Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA