islam Partiyasında bir sıra yeni təyinatlar da olub

img

09-07-2011 [03:23]


Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti iclası keçirilib. MIA-nın məlumatına görə, AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, təmsil etdiyi qurum sivil yolla mübarizə aparmağı qarşılarına məqsəd qoyub. ?Elə ona görə də artıq üç dəfə Bakı Şəhər İcra Hakimiyyətinə dinc aksiya keçirmək üçün müraciət edib. Bu müraciətlərin heç birinə təəssüf olsun ki, müsbət cavab verilməyib. Əksinə, hər dəfə əsassız və məntiqsiz cavablarla bizə yox deyilib. Hesab edirik ki, ən düzgün mübarizə yolunu seçmişik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik?.- deyən E. Manafov İslam Partiyasının məqsədinin maarifləndirmə olduğunu qeyd edib. İclasda bir sıra yeni təyinatlar da olub. Belə ki, Şahin Əliyev mədəni-maarif məsələlər üzrə sədr müavini təyin olunub. AİP-in Şirvan rayon komitəsinə Əlisafa Əhədov, İmişli rayon komitəsinə Rəmzi Tağıyev, Sabirabad rayon komitəsinə Miraslan Məmmədov, Kürdəmir rayon komitəsinə isə Mehdi Əhmədov sədr seçilib. Yığıncaqda Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə AKP-nin qalib gəlməsi münasibətlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana və prezident Abdulla Gülə partiya adından təbrik məktubu da ünvanlanıb. Həmçinin, qəbul edilən bəyanatda isə həbsdə olan AİP sədri Hacı Mövsüm Səmədov və digərlərinin azad olunmasını tələb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA