?Asim Mollazadə, iqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fərəc Quliyev ilyas ismayılov YAP-çı kimi davranırlar?

img

08-07-2011 [03:11]


AİDP sədri hacı Tahir Abbaslı növbəti dəfə millət vəkillərini tənqid edib. Ötən açıqlamasında onları vətəndaşların mülkiyyət hüququ ilə bağlı məsələlərdə passivlik nümayiş etdirdiklərinə görə suçlayan partiya sədri bu dəfə daha dərinə gedib. O bildirib ki, əgər ölkədə inqilab olarsa bu deputatların fəaliyyətsizlikləri üzündən baş verəcək. T.Abbaslının sözlərinə görə, bu iddiasının arxasında əsaslı arqumentləri var: ?İlk növbədə deputatlar seçkidən sonra seçicilərlə təması kəsirlər. Başlayırlar özlərinin və yaxınlarının problemlərini həll etməyə. Xalqın içərisində olub onların düşüncəsini, problemlərini parlamentə gətirmək istəmirlər. Deputatlarla ziyalıların isə demək olar ki əlaqəsi yoxdur. Bir dəfə olsun görüş keçirmirlər. Əlbəttə ki bunun da günahı millət vəkillərindədir. Onlar təşəbbüs göstərməlidirlər?. AİDP sədri deyir ki, deputatlıq indi daha çox biznes sözü ilə asossiasiya olunur: ?Çünki böyük əksəriyyəti həqiqətdən də bizneslə məşğul olur və daha çox öz biznesinin problemlərini həll etməyə çalışır. Buna görə də hesab edirəm ki, onlardan gəlir bəyyanaməsi tələb olunmalıdır. Sadə vətəndaş fiziki şəxs kimi qeydiyyatdan keçən kimi ondan bəyyanmə tələb olunur. Verməyəndə cərimələnir. Amma deputatların biznes fəaliyyətinə göz yumulur. Nə qədər əmlaka sahib oduğu araşdırılımır?. ?Normal demokratik ölkələrdəki kimi təmsil etdiyi dairələrin tale yüklü problemlərinin həlli ilə bağlı cəhdlər göstərmirlər? deyən AİDP sədri bildirdi ki, son 20 il ərzində ölkəmizdə xeyli həyəcanlı hadisələr yaşanıb. Amma bu problemlərin heç bir parlamentə daşınıb həlli yolları aranmayıb. Evləri sökülən vətəndaşların, təzyiq altında saxlanılan dindarların dərdi-səri parlament səviyyəsində qaldırılmayıb?. AİDP sədri hesab edir ki, həyata keçirilən bahalı layihələrlə bağlı şübhəli məqamlar olmasına baxmayaraq millət vəkilləri bir dəfə də olsun həmin layihələri həyata keçirlən qurumların rəhbərlərini hesabat üçün parlamentə dəvət etməyib. Onlardan hesab sorulmayıb. Müxalifət adı ilə parlamentdə oturan deputatları da fəaliyyətsizlikdə suylayan AİDP sədri deyir ki, Asim Mollazadə, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fərəc Quliyev İlyas İsmayılov özlərini müxalifət saysalar da parlamentdə elə YAP-çı kimi davranırlar: ?Bir dəfə də olsun xalqın problemlərini qabartmırlar. Problemi qaldıranda da üzərində israrla dayanmırlar. Yola verirlər gedir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA