Müxalifətin zirvə toplantısı keçiriləcək

img

08-07-2011 [11:58]


Vətəndaş Hərəkatı Forumu sabah müxalifətin zirvə görüşünü keçirməyə hazırlaşır. Görüşdə müxalifət qüvvələrinin demokratik seçki mühitinin yaradılması və qanunçuluğun bərpası istiqamətində birgə fəaliyyətin perspektivlərinin müzakirəsi gözlənilir. Tədbirə Müsavat, AXCP, KXCP, ADP, AMİP, ALP, Ümid və VİP dəvət edilib. Saat 11:00 - da BMM-də keçiriləcək görüşdə partiya rəhbərləri ölkədəki mövcud siyasi durum, birgə fəaliyyətin əsasları, forma və prespektivləri və ərəb ölkələrində, eləcə də başqa diktatura rejimli ölkələrdə baş verən prosseslərdən nəticə çıxararaq respublikamızdakı indiki vəziyyətin iqtidar-müxalifət dialoqu və islahatlar yolu ilə aradan qaldırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA