ADP təzkilat sədrinin döyülməsi ilə bəyanat verdi

img

07-07-2011 [06:06]


ADP İmişli Rayon Təşkilatının sədri, ?Hürriyyət? qəzetinin bölgə müxbiri və ?Kür? Vətəndaş Qərargahının üzvü Məhbub Zülfüqarlı ötən il Kür ətrafı rayonlarda baş vermiş sel daşqınlarının nəticələrinin aradan qaldırılmasında neqativ halların, maliyyə yeyintilərinin və korrupsiya faktlarının üzə çıxarılmasında aktiv iştirak etdiyinə görə İmişli rayonunun yerli məmurları tərəfindən vəhşicəsinə döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, bu hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsinə müraciət etsə də, onun müraciətinə baxılmayıb. M.Zülfüqarlının döyülmə nəticəsində çənə sümüyünün sınmasına baxmayaraq yerli rayon xəstəxanası tərəfindən ona tibbi yardım göstərilməsindən imtina edilib. ADP baş verən bu hadisəni qəti olaraq pisləyir, M.Zülfüqarlının döyülməsi faktını fundamental insan hüquq və azadlıqlarının pozulması, yerli məmurların özbaşınalığı kimi dəyərləndirir. ADP M.Zülfüqarlının vəhşicəsinə döyülməsini və işgəncələrə məruz qalmasını onun siyasi və ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir bu zorakılıq faktını hakimiyyət orqanlarının müxalifət düşərgəsinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirir. ADP M.Zülfüqarlının döyülməsi faktı ilə bağlı yerli hüquq mühafizə orqanlarına etdiyi müraciətə baxılmamasını, onun döyülmə zamanı ağır bədən xəsarətləri almasına baxmayaraq rayon xəstəxanasına qəbuluna və müalicəsinə imkan verilməməsini antiinsani, antihumanist addım və ölkədə hökm sürən dərəbəyliyin təzahürü hesab edir. ADP hakimiyyət orqanlarından M.Zülfüqarlının döyülməsi faktında iştirak edən şəxslərin dərhal məsuliyyətə cəlb olunmasını, onun müalicəsinə şərait yaradılmasını tələb edir, əks halda bütün məsuliyyətin hakimiyyətin üzərində qalacağını bəyan edir. ADP Ombudsman Aparatını, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatları və diplomatik korpus nümayəndələrini öz səlahiyyətləri çərçivəsində baş vermiş kobud qanun pozuntusuna müdaxilə etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA