iqbal Ağazadə: ?Mənim sürücüm və mühafizəçimin adının bu məsələdə hallanması doğru deyil?

img

07-07-2011 [01:43]


Dünən Pənah Hüseyn Klassik Xalq Cəbhəsi Partiyasının qərargahına hücum etməsi barədə yayılan xəbərlərdə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin mühafizəçisi və sürücüsünün adı da hallanıb. Bu məlumatın yanlış olduğunu deyən İqbal Ağazadə bildirib ki, onun mühafizəçisi və sürücüsünün Pənah Hüseynlə birgə KXCP-yə hücum etməsi doğru deyil: ?Sadəcə olaraq mənim sürücüm və mühafizəçim Pənah Hüseyni KXCP-nin qərargahında maşından düşürüblər. Az sonra isə qərargaha daxil olaraq ondan soruşublar ki, ?sizi gözləyək, yoxsa gedək?. Onların adının bu məsələdə hallanması doğru deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA