Meriya islam Partiyasının mitinq keçirməklə bağlı müraciətinə cavab verib

img

04-07-2011 [01:25]


28 iyun 2011-ci il tarixdə Azərbaycan İslam Partiyası (AİP) mitinq keçirmək üçün növbəti dəfə BŞİH-ə müraciət etmişdi. Lakin BŞİH heç bir əsaslı səbəb göstərmədən bu gün müraciətə mənfi cavab verib. Məktubun cavabında bildirilir ki, icazəli mitinq keçirmək üçün üç dəfə müraciət olunsa da, təşkilatçı ya fərdi şəkildə, ya da partiya kimi özünü göstərir. Bu da qeyri-ciddilikdən xəbər verir. Buna görə də BŞİH AİP-in növbəti mitinq müraciətinə ?yox? deyib. Qeyd edək ki, AİP mübarizəsini sivil yolla davam edir və növbəti addımın nədən ibarət olduğu iyulun 9-da keçiriləcək partiyanın Baş Məclisində aydın olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA