KXCP-nin inkizaf Proqramının hazırlanması qərara alınıb

img

29-06-2011 [11:40]


Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda KXCP 2- ci Qurultayının nəticələri müzakirə edilib. 24 iyun 2011- ci ildə Türklük Günündə keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının 2- ci Qurultayı haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək partiyanın ali toplantısını əlamətdar hadisə kimi qiymətləndirib. Qərara alınıb ki, Qurultayda qəbul olunmuş sənədlər- bəyanat və Qətnamələrin ictimaiyyətə daha geniş şəkildə çatdırılması yönümündə fəaliyyətlər davam etdirilsin. İclasda təşkilata məsələlərə baxılıb və Oqtay Gülalıyev KXCP İdarə Heyətinin katibi seçilib. İdarə Heyətinin iclasında ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. KXCP- nin 2- ci Qurultayına uyğun olaraq Partiyanın İnkişaf Proqramının hazırlanması qərara alınıb. Partiyanın müvafiq strukturlarının əsasnamə və reqlamentlərinin hazırlanması üçün qərar qəbul olunub və aidiyyatı şəxslərə bu barədə lazımı tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA