Anar Xəlilov: ?Qarabağ həqiqətləri Avropa gənclərinə çatdırılacaq?

img

29-06-2011 [06:27]


Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, ?Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi və Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) II Forumu ilə birgə üçtərəfli saziş imzalanacaq. Bu barədə MIA-ya məlumat verən birliyin sədri Anar Xəlilov bildirib ki, iyunun 30-dan iyulun 4-nə kimi davam edəcək səfər çərçivəsində birgə əməkdaşlıqla bağlı sazişdən əlavə, Avropada fəaliyyət göstərən müsəlman gənclər təşkilatlarının diqqətinə bir daha Qarabağ problemi və erməni işğalı barədə ətraflı məlumat veriləcək: ?Bu gün istər SİMİB, istərsə Milli Şura çərçivəsində Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılması istiqamətində ciddi işlər görülür. Bu Forum bizə bir daha Avropada aktiv fəaliyyəti olan müsəlman gənclərinin diqqətini cəlb etməyə və onlarla birgə Qarabağ həqiqətlərimizi beynəlxalq gənclər şəbəkələri səviyyəsində məlumatlandırılmasına imkan yaradacaq. Bundan əlavə, biz Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) Forumunun növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsi barədə də müzakirə aparacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA