Əli Əliyevlə Əvəz Temirxan Hərəkatı Forumunun (VHF) təmsilçilərini qəbul ediblər

img

29-06-2011 [06:22]


2011-ci il iyunun 29-da Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında VİP sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Vətəndaş Hərəkatı Forumunun (VHF) təmsilçiləri Miralim Bəhram və Akif Hüseynovu qəbul ediblər. Görüşdə Azərbaycan əsasən müxalifət qüvvələrinin bir araya gəlmələrinə yönəlik təşəbbüsdən irəli gələn məsələlər müzakirə olunub. VİP və ALP sədrləri VHF-nin məlum təşəbbüsünü yüksək qiymətləndirdiklərini və bu istiqamətdə onlardan asılı olan addımları atmağa hazır olduqlarını bəyan ediblər. Ə.Əliyev və Ə.Temirxan VHF-nin təklifinə münasibətdə diqqətə çatdırıblar ki, VİP və ALP heç bir ilkin şərt irəli sürmədən 8 partiyanın (Azərbaycan Demokrat Partiyası (ADP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası, Umid Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP) iştirakı ilə müxalifətdaxili durum və inteqrasiya prosesinin sürətləndirilməsinə dair şəffaf müzakirələrə qatılmağa hazırdırlar. VHF-nin təmsilçiləri başlanmış bu prosesin qısa müddət ərzində yekunlaşdırılacağını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA