Sabah Kür dazqınları ilə bağlı növbəti məhkəmə prosesidir

img

28-06-2011 [07:11]


Sabah-29 iyun saat 12 00-da 1 saylı Bakı İqtisad Məhkəməsində Kür daşqınlarının təsirinə məruz qalmış bir qrup sakinin məhkəmə prosesi keçiriləcək. İddiaçılar daşqınlar nəticəsində evlərinə, təsərrüfatlarına ziyan dəymiş insanlardır və bu günə qədər onların üzləşdiyi problemlər öz həllini tapmayıb. Vətəndaşlar dəyən ziyanın ödənilməsi tələbi ilə keçən ilin oktaybr ayından məhkəmələrə üz tutublar və Nazirlər Kabinetinə, Fövqaladə Hallar Nazirliyinə qarşı iddia qaldırıblar. Bu ilin may ayının 25- də Bakı İqtisad Məhkəməsində Tahirə Əsədovanın sədrliyi ilə ilkin hazırlıq iclası keçirilib. Xatırladaq ki, zərəçəkənlərin hüquqları ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur və iddiaçılara hüquqi xidmət Hüquq Maarifçiliyi Cəmiyyəti (rəhbəri İntiqam Əliyev) tərəfindən göstərilir. İddiaçılar onlara dəyən ziyanın ödənilməsi ilə yanaşı 2010- cu ilin yazında Kür daşqınlarının baş verməsində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC- nin də cavabdeh qismində məhkəməyə dəvət olunmasını istəyirlər. Xatırladaq ki, sözü gedən qurum Kür və Araz çaylarının lildən təmizlənməsi və çayların ətrafında bəndvurma, sahil bərkitmə işlərinə görə cavabdehdir. Aparılan araşdırmalar göstərir ki, son illər bu istiqamətdə ayrılan vəsaitlər səmərli və şəffaf xərclənməyib. Digər tərəfdən Meliorasiya və Su Təsərrüfatı ASC ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı informasiya sorğusunu cavablandırmadığına görə ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən məhkəməyə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA