Tahir Abbaslı: ?Rusiya münaqizəni həll etmək istəmir, sadəcə olaraq ipini öz əlində saxlamağa çalızır?

img

28-06-2011 [07:06]


?Prezidentlərin Kazan görüşünün nəticəsiz bitəcəyini əvvəldən proqnozlaşdırmışdım. Dedyim kimi də oldu. Nə sənəd qəbul olundu, nə tərəflər hər hansı şiffahi razılığa gələ bildilər?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, Kazan və bundan əvvəlki görüşlərin nəticəsiz başa çatmasının bəlli səbəbləri var: ?İlk səbəb Rusiyanın bu işə razılıq verməməsidir. Sual olun bilər ki, Rusiya mane olursa, nəyə görə vasitəçilik missiyasını üzərinə götürüb və tez-tez görüşlər keçirir. Hesab edirəm ki, Rusiya bu yolla Dağlıq QARABAĞ münaqişəsini həll etmək istəmir, sadəcə olaraq münaqişənin ipini öz əlində saxlamağa çalışır. Və bu yolla da həm Ermənistanı, həm də Azərbaycanın təsir dairəsində saxlayır?. AİDP sədrinin fikrincə, münaqişənin həlli üçün Rusiya bu niyyətindən əl çəkməlidir: ?Digər həmsədr ölkələr də bu münaqişənin həllini istəmir. İstəsəydilər onlur həm Rusiyaya, həm də Ermənistana təzyiq göstərərdilər. Bir müqayisə aparaq. 2008-ci ildə Rusiya Gürcüstan ərazilərinə daxil olub onu təhdid edəndə bütün Avropa, xüsüsilə də Fransa ayağa durmuşdu. Rusiyaya necə təzyiq göstərdilərsə geri çəkilməli oldu. Bu mənada hesab edirəm ki, əgər ABŞ və Avropa ölkələri münaqişənin həllinə nail olmaq istəyirlərsə ilk növbədə Rusiyaya təzyiq göstərməlidirlər. Yalnız bu halda Kreml Sarkisyana təpinəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA