Milli Demokrat Partiyasının V qurultayı keçirildi

img

26-06-2011 [11:15]


26 iyun 2011-ci il tarixində Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) V qurultayı keçirildi. Qurultayda partiyanın 51 rayon, şəhər, həmçinin gənclər təşkilatılarından 93 nəfər nümayəndə iştirak etdi. Qurultay iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmiş, bir dəqiqəlik sükutla Millət və Vətən uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhunu yad etdilər. Qurultayda qonaq qismində iştirak etmiş tanınmış ziyalılarımız Azərbaycan və Rusiya Yazıçılar, Jurnalistlər Birliyinin üzvü, politoloq və ictimaiyyatçı Mirkazım Seyidov , Dünya Azərbaycanlıları Gənclərinin Həmrəyliyinə Dəstək Təşkilatının prezidenti Tofiq Əlizadə öz çıxışlarında Qurultay iştirakçılarına və partiyaya uğurlar arzuladılar, öz xoş sözlərini bildirdilər, ?Yeddi Dövlət, Bir Millət? Konseyinin Başqanı Azər Həsrət, ?Türküstan? qəzetinin baş redaktoru Aqil Camal AMDEP-in V Qurultayına öz təbriklərini göndərdilər. Qurultaya partiyanın veteranı Mübariz Hümbətov sədrlik etdi. Qurultayda partiya sədri Tufan Kərim Siyasi Məruzə ilə çıxış etdi. Öz məruzəsində Tufan Kərim son üç ildə partiyanın siyasi fəaliyyətindən, partiya quruculuğu sahəsində uğur və problemlərdən danışdı. Siyasi Məruzədə işğal edilmiş ərazilərimiz məsələsinə xüsusi toxunuldu və göstərildi ki, partiya, işğal edilmiş torpaqlarımızın azad edilməsini, Azərbaycan Ordusunun müzəffər yürüşündə, tarixən Millətimizə qarşı törətdiyi amansız cinayətlərə görə erməni qəsbkarlarından qisas almaqda görür. Bildirdi ki, partiya sağ-mərkəzçi mövqedədir və kənar dövlətlərin siyasi və maliyyə dəstəyinə ehtiyac duymayan və onu qəbuledilməz sayan, Millətçilik, Dövlətçilik qayəsini əsas tutan mühafizəkar siyasi qüvvədir. Qurultay təşkilati məsələlərə baxdı, Tufan Kərim partiyanın sədri seçildi. Həmçinin, Qurultay partiyanın 5 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyasını, 61 nəfərdən ibarət partiya Böyük Məclisini, 7 nəfərdən ibarət partiya Siyasi Şurasını seçdi. Partiyanın Nizmanaməsinə uyğun olaraq partiya Nizamnaməsinə əlavə və dəyişiliklər edilməsi partiya Böyük Məclisinə həvalə edildi. Bir sıra cari məsələlərə baxılmış, işğal edilmiş əzəli Vətən torpaqlarımızla və Respublikamızdakı siyasi-iqtisadi durumla bağlı Bəyanatlar və Dünya Türklüyünə Müraciət qəbul etdikdən sonra Qurultay işini yekunlaşdırdı. Qurultaydan sonra partiyanın yeni tərkibli Böyük Məclisi öz işinə başladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA