Rasim Musabəyov Ankaraya səfər edəcək

img

25-06-2011 [04:25]


Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov iyunun 27-də Türkiyənin Ankara şəhərinə səfər edəcək. Bu barədə MIA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Millət vəkili Azərbaycan tərəfi ilə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda iştirak edəcək. Tədbirdə dünyada və bölgədə baş verən ictimai-siyasi proseslər, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, strateji araşdırmalarla məşğul olan müvafiq qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Səfər iyunun 30-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA