iqbal Ağazadənin Arif Hacılı ilə bağlı xahizinə "yox" dedilər

img

24-06-2011 [05:49]


Ümid Partiyasının sədri İqbal Ağazadənin həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının şəxsi zaminliyə götürülməsi barədə Baş Prokuror Zakir Qaralova ünvanladığı müraciətinə cavab verilib. Ümid Partiyasından verilən məlumata görə, İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin imzası ilə partiyaya daxil olan cavab məktubunda bildirilib ki, 2 aprel 2011-ci il tarixdə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan Hacılı Arif Mustafa oğlu barəsində seçilmiş həbs-qətimkan tədbirinin şəxsi zaminlik qətimkan tədbiri ilə əvəzlənməsi dair Baş Prokuror Zakir Qaralova ünvanlanan 16 may 2011-ci il tarixli müraciətə baxılıb. A. Hacılının göstərilən qanunazidd hərəkətlərinin təşkil olunmasında və icazəsiz aksiyaya rəhbərlik etməkdə iştirakı müəyyən edilib və törətdiyi cinayət əməlinə görə, A. Hacılı cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Məktubda qeyd olunub ki, təqsirləndirilən A. Hacılı Səbail rayon Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət verib, lakin onun törətdiyi cinayətin xarakteri Səbail rayon Məhkəməsinin qərarının əsaslılığı nəzərə alınaraq, apelyasiya şikayəti təmin olunmayıb. Yəni A. Hacılının həbs-qətimkan tədbirinin digər qətimkan tədbiri ilə dəyişdirilməsi məqsədə müvafiq deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA