Əbülfəz Elçibəyin qəbri ziyarət edilib

img

24-06-2011 [02:20]


Ölkə müxalifətinin aparıcı partiyalarının üzvləri, milli-azadlıq hərəkatının iştirakçıları, sadə xalq nümayəndələri, gənclər bu gün mərhum prezident Əbülfəz Elçibəyin Fəxri xiyabandakı məzarını ziyarət edib, məzara əklillər qoyublar. Bu gün Azərbaycanın ikinci prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. Anma mərasimində Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli başqa olmaqla partiya funksionerləri, ziyalılar mərasimə qatılıblar. İsa Qəmbər Elçibəy barədə xatirələrini danışıb. Mərhumun ruhuna salavat çevrilib, dualar oxunub. Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. 80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilən Əbülfəz Elçibəy 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib. 2000-ci il avqustun 22-də 63 yaşında vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA