Asəf Hacıyev YAP-nın beynəlxalq əlaqələr zöbəsinin rəhbəri təsdiq edilib

img

23-06-2011 [05:18]


Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Milli Məclisin deputatı Asəf Hacıyev partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib. Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir, Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərgi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətlər prioritet istiqamət təşkil edir. Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Belnəlxalq Konfransının işində yaxından iştirak edir və 2009-cu ildə qurumun Daimi Komitəsinin üzvü seçilmişdir. O, həmçinin Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq edir. Hazırda YAP qurumun ATƏT Parlament Assambleyasındakı qrupunun üzvüdür və onun Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınmışdır. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2007?ci ildə ?Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu? və 2008 ? ci ildə ?Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları? adlı iki beynəlxalq konfrans keçirilmişdir. Sözügedən tədbirlərdə Amerika Birləşmiş Ştatları da daxil olmaqla, dünyanın 30-dan çox aparıcı ölkələrindən olan siyasi partiya və parlament nümayəndələri iştirak etmiş və geniş fikir mübadiləsi aparılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA