Deputat Fuad Muradov Belçikadadır

img

23-06-2011 [02:23]


İyunun 22-dən 25-dək Belçikanın Brüssel şəhərində ?Crans Montana Forum?un (Krans Montana Forumu) növbəti sessiyası keçiriləcək. 25 iyunda həmin tədbir çərçivəsində ?Gələcəyin Yeni Liderləri? (New Leaders of Tomorrow) xüsusi görüşü keçiriləcək. Forumun İdarə Heyəti Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovu gələn 3 il ərzində ?Krans Montana Forumu?nun ?Gələcək Yeni Liderlər?inin üzvü kimi təyin edib. Bu il 22 illiyini qeyd edən Krans Montanan Forumu 23-cü görüşü Bakıda keçiriləcək. Görüş zamanı rəhbərlik rəsmiləri, biznes qurumları və beynəlxalq təşkilatlar arasında sabahkı Dünyanın necə olacağı ilə bağlı açıq debatlar keçiriləcək. Məlumat üçün bildirək ki, adı çəkilən forumun əsası 1989-cu ildə qoyulub və hər il iyun ayında keçirilir. Bu forum rəhbərlik rəsmiləri üçün olan yeganə toplantıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA