AXCP hakimiyyətə qarzı sərt bəyanat verdi

img

22-06-2011 [01:19]


Azərbaycan Xalq Cəbhəsi Partiyası internetdən istifadəyə müdaxilələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, ?Azadlıq? qəzetinin saytın bir neçə dəfə kibercinayətkarlıqla dağıdılması, sayta girişin süni şəkildə məhdudlaşdırılması, AXCP sədri Əli Kərimlinin şəxsi bloquna hücum edilməsi, AXCP sədrlərinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Razi Nurullayevin də mənzillərindən internetə daxil olmanın məhdudlaşdırılması və partiya üzvlərinin ?Facebook? sosial şəbəkəsindəki hesablarının ələ keçirilməsini internetdə söz və fikir azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir. Bəyanatda deyilir: ?AXCP internetə müdaxilə ilə bağlı hakimiyyətinin fəaliyyətini gerilikçilik, qanunsuzluq kimi dəyərləndirərək pisləyir. Siyasi hakimiyyət vətəndaşların internetdə özünü ifadə hüquqlarına hörmət bəslənilməli, internetdə qadağa və maneələri gücləndirmək əvəzinə, əksinə yeni dövrün bu unikal nailiyyətindən hər kəsin bəhrələnməsi üçün imkanlar yaratmalıdır.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA