MMP Siyasi zurası toplandı

img

21-06-2011 [03:25]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda son günlər ölkədə və dunyada baş verən hadisələr müzakirə edilib. Müzakirələr zamanı hadisələr siyasi baxımdan dəyərləndirilib və məsələlərə dair müxtəlif fikirlər səsləndirilib. Toplantıda gündəlikdə duran əsas məsələ partiya sədrinin qərarlarının icra vəziyyəti , partiyadaxili digər məsələlər müzakirə edilib və partiyanln siyasi xətti ilə bağlı yeni qərarlar qəbul edilib. Sonra partiyanın may ayina planlaşdırılan lakin hələlik təxirə salınan qurultayında qəbul ediləcək qərarlara yenidən baxılıb. Daha sonra nüxalifətin keçirdiyi son mitinqə münasibət bildirilib. Ölkədə bu cür aksiyaların keçirilməsinin insanların təbii haqqı olduğunu və inkişaf etmiş dünya dövlətlərində bu cür halların tez- tez baş verdiyini vurğulayan SŞ üzvləri hakimiyyətin aidiyyatı orqanlarının sərbəst toplaşanlara qarşı etdikləri hərəkətlərlə qanunları pazduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA