AMiP-dən ictima Palataya dəstək

img

20-06-2011 [07:52]


İctimai Palatanın dünən, 19 iyun 2011-ci il tarixdə keçirdiyi mitinqin hakimiyyət tərəfindən zorakılıqla dağıldılması, bir qrup aksiya iştirakçısının qanunsuz olaraq həbs edilməsi Azərbaycan Milli İstiqlal Partiyasında kəskin etirazla qarşılandı. AMİP hakimiyyətdən vətəndaşların konstitusiyada və Beynəlxalq Konvensiyalarda təsbit olunan sərbəst toplaşmaq hüquqlarına sayğı göstərməsini və saxlanılan aksiyaçıların dərhal azadlığa buraxılmasını qətiyyətlə tələb edir. Partiya hesab edir ki, ölkədəki mövcud problemləri həll etmək əvəzinə, iqtidarın cəmiyyətə basqılarının artırılması gərginliyin və qarşıdurmanın daha da dərinləşməsinə xidmət edərək mövcud kövrək stabilliyin pozulmasına rəvac verir. AMİP, həmçinin, beynəlxalq ictimayyəti Azərbaycanda baş verən zorakılıq və özbaşınalıqlara seyrçi yanaşmamağı və demokratik inkişafa mane olan amillərə qarşı barışmaz mövqe sərgiləməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA