Aydınlar Partiyası 19 iyun mitinqi ilə bağlı bəyanat verdi

img

19-06-2011 [11:46]


Aydınlar Partiyası İctimai Palatanın iyunun 19-da təyin etdiyi mitinqin xüsusi amansızlıqla dagıdılmasını qətiyyətlə pisləyir və bunu hakimiyyətin insan haqlarının təməl prinsiplərindən olan sərbəst toplaşmaq hüququnun növbəti dəfə boğulması kimi dəyərləndirir. Aydınlar Partiyası mitinq günü coxsaylı siyasi fəalların həbsini siyasi repressiya kimi qiymətləndirir və hakimiyyətdən bele repressiv siyasətə son qoymasını tələb edir. Mitinq günü aksiya iştirakçılarını dağıtmaq üçün ən müxtəlif zorakı tədbirlərə əl atması göstərir ki, dünyada gedən qlobal demokratikləşmə tendensiyaları fonunda hakimiyyət hələ də islah olunmaq niyyətində deyil. 19 iyun mitinqini işıqlandıran KİV əməkdaşları da polis zorakılığına məruz qalıb. Bu, Azərbaycan qanunvericiliyində təsbit olunmuş informasiya ələ etmək və yaymaq hüququnun məhdudlaşdırılması, söz azadlığının boğulması kimi qiymətləndirilməlidir. Polis orqanları Azərbaycana informasiya toplamaq üçün gələn iseçli jurnalistləri də həbs edib ki, bu kobud qanun pozuntusu olmaqla yanaşı, həm də olkənin beynelxalq imicini sarsıdan əməldir. Aydınlar Partiyası hakimiyyətdən həbs edilən siyasi fəalların dərhal azadlığa buraxılmasını və vətəndaşların sərbəst toplaşmaq hüququnu təmin etməyi, repressiv siyasətə son qoyulmasını və mitinqdə səslənən tələbləri yerinə yetirməyi və dərhal köklü islahatlara başlamağı tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA