AXCP və Müsavatın üzvləri polisə aparılıb

img

19-06-2011 [05:11]


AXCP və Müsavat Partiyasının bir neçə üzvünə İctimai Palatanın (İP) iyunun 19-a təyin etdiyi mitinqində iştirak etməmək haqqında xəbərdarlıq edilib. İP-nin yaydığı məlumatda bildirilir ki, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev və partiyanın Sabirabad rayon təşkilatının sədri Azər İsmayılova, Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları - Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfərə mitinqə getməmək haqqında xəbərdarlıq olunub. Bu gün səhər Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəalları Elçin Səlimov Sumqayıt şəhərindəki 3-cü polis bölməsinə, Rövşən Muradov 1-ci polis bölməsinə, Xanım Mirzəyeva və AXCP-nin Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli isə 4-cü polis bölməsinə aparılıb. Dünən 18 iyun 2011-ci il tarixində səhər saat 11 radələrində Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev Xudat şəhərindəki polis bölməsinə çağrılaraq ona İctimai Palatanın 19 iyun 2011-ci ilə təyin etdiyi mitinqdə iştirak etməmək haqqında xəbərdarlıq edilib. Qubadan Bakı istiqamətində gedən bütün maşınların nəzarət altına götürüldüyü bildirilib. Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Azər İsmayılov dünən səhərdən rayon polisi tərəfindən qeyri-rəsmi axtarışa verilib. Polis bölməsinə aparılan Azər İsmayılova Bakıda keçiriləcək mitinqə getməmək barədə xəbərdarlıq edilib. Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları - Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfər polis bölməsinə çağrılıb mitinqə getməmək haqqında xəbərdaqlır edildikdən sonra sərbəst buraxılıblar. KXCP üzvü Nizami Haqverdiyevin verdiyi məlumata əsasən dünən Qazax rayonunda da12 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Polis şöbəsində onlar təhqir ediliblər və onların Azərbaycandan təmin ediblər. Dünən axşam Qubadlı rayon icra başçısının tapşırığı ilə bu rayonun ərazi nümayəndələri Müsavat Partiyasının Qubadlı rayon təşkilatının Sumqayıtda yaşayan üzvlərinin evlərinə gedərək onlara mitinqə getməmək barədə xəbərdarlıq edilib. Əks-təqdirdə həbs olunacaqları ilə təhdid ediliblər. Dünən gün ərzində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəallarə Xanım Mirzəyeva, Əli Qarayev, Vidadi Feyzi, Rövşən Muradov və Fəxrəddin Abbas sahə müvəkkilləri tərəfindən axtarılıb və onların polis bölmələrinə gəlmələri tələb olunub. Dünən axşam saat 23 radələrində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas və Müsavat Partiyası Qadın Birliyinin sədri Vəfa Cümşüdlünün yaşadıqları ev polis nəzarətinə götürülüb. ?10 XO 633? dövlət nömrə nişanlı ağ rəngli ?Niva? markalı maşından olan mülki geyimli polislər səhərə qədər müşahidəni davam etdirib, bu gün səhərdən isə maşınların sayı 3-ə çatdırılıb. Bu gün səhər saat 9-dan başlayaraq Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıt şəhərindəki polis bölmələrinə aparılırlar. Təşkilatın fəalları Elçin Səlimov 3-cü polis bölməsinə, Rövşən Muradov 1-ci polis bölməsinə, Xanım Mirzəyeva və AXCP-nin Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli 4-cü polis bölməsinə aparılıblar. Dünən 18 iyun 2011-ci il tarixində səhər saat 11 radələrində Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev Xudat şəhərindəki polis bölməsinə çağrılaraq ona İctimai Palatanın 19 iyun 2011-ci ilə təyin etdiyi mitinqdə iştirak etməmək haqqında xəbərdarlıq edilib. Qubadan Bakı istiqamətində gedən bütün maşınların nəzarət altına götürüldüyü bildirilib. Müsavat Partiyası Sabirabad rayon təşkilatının sədri Azər İsmayılov dünən səhərdən rayon polisi tərəfindən qeyri-rəsmi axtarışa verilib. Polis bölməsinə aparılan Azər İsmayılova Bakıda keçiriləcək mitinqə getməmək barədə xəbərdarlıq edilib. Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları - Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfər polis bölməsinə çağrılıb mitinqə getməmək haqqında xəbərdaqlır edildikdən sonra sərbəst buraxılıblar. KXCP üzvü Nizami Haqverdiyevin verdiyi məlumata əsasən dünən Qazax rayonunda da12 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Polis şöbəsində onlar təhqir ediliblər və onların Azərbaycandan təmin ediblər. Dünən axşam Qubadlı rayon icra başçısının tapşırığı ilə bu rayonun ərazi nümayəndələri Müsavat Partiyasının Qubadlı rayon təşkilatının Sumqayıtda yaşayan üzvlərinin evlərinə gedərək onlara mitinqə getməmək barədə xəbərdarlıq edilib. Əks-təqdirdə həbs olunacaqları ilə təhdid ediliblər. Dünən gün ərzində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəallarə Xanım Mirzəyeva, Əli Qarayev, Vidadi Feyzi, Rövşən Muradov və Fəxrəddin Abbas sahə müvəkkilləri tərəfindən axtarılıb və onların polis bölmələrinə gəlmələri tələb olunub. Dünən axşam saat 23 radələrində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas və Müsavat Partiyası Qadın Birliyinin sədri Vəfa Cümşüdlünün yaşadıqları ev polis nəzarətinə götürülüb. ?10 XO 633? dövlət nömrə nişanlı ağ rəngli ?Niva? markalı maşından olan mülki geyimli polislər səhərə qədər müşahidəni davam etdirib, bu gün səhərdən isə maşınların sayı 3-ə çatdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA