ictimai Palatanın mitinqi bazlayıb

img

19-06-2011 [05:02]


Bu gün İctimai Palata saat 17.00-a ?Nərimanov? kinoteatrının qarşısına mitinq təyin edib. Səhər saatlarından hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini nəzarətə götürüb. Polis əməkdaşları ?Nərimanov? kinoteatrının yaxınlığında müşahidə aparan jurnalistləri uzaqlaşdırmağa çalışır. Müsavatçı fəalların metronun ?Gənclik? stansiyası yaxınlığında 5 dəqiqəlik aksiya keçirdikləri bildirilir. Aksiya iştirakçılarından biri ? müsavatçı fəal Ramin Baxışov saxlanıb. Bu haqda AzasdlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə. Gənclər 5 dəqiqə içində ?Azadlıq?, ?Azad seçki?, ?Həbsdə olanlara azadlıq? kimi şüarlar yazılmış plakatları qaldırıblar: ?Bu, flaşmob tipli aksiya idi?. Əməkdaşımız xəbər verir ki, metronun ?Sahil? stansiyasının yaxınlığı və ?Sahil? bağı polis tərəfindən nəzarətə götürülüb. Polis İctimai Palatanın bu ətrafda aksiya keçirə biləcəyini güman edir. Nərimanov kinoteatrının qarşısı Mitinq öncəsi polis ?Nərimanov? kinoteatrının qarşısını və ətraf ərazini nəzarətə götürüb. Ərazidə post-patrul xidmətinin avtomobilləri ilə yanaşı bir neçə avtobus var. Həmin avtobuslarda polis əməkdaşları gözə dəyir. İctimai Palatanın mitinqinin başlanmasına bir saatdan artıq vaxt qalır. Amma artıq polis əməkdaşları vətəndaşları ?Nərimanov? kinoteatrının qarşısından və parkdan uzaqlaşdırırlar. Əməkdaşımız xəbər verir ki, bu zaman yaşlı bir qadın zorakılıqla üzləşib. Eyni zamanda, parkdan getmək istəməyən az yaşlı bir uşağı da post patrul maşınına oturdub aparmaq istəyiblər. Amma az sonra onu buraxıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA