Nemət Pənahlıya 6 il iz verildi

img

17-06-2011 [04:40]


Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onunla birgə saxlanılan Ceyhun Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev bu il yanvarın 7-də saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Nemət Pənahlının 7 il 6 ay, Ceyhun Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhkum edilməsini istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA