Milli Qurtuluz Partiyası 19 iyun mitinqinin tələblərini dəstəklədi

img

17-06-2011 [01:58]


MQP Siyasi Şurası bir müddət əvvəl 19 iyun tarixdə İctimai Palatanın keçirəcəyi mitinqlə bağlı müzakirələr aparıb. Müzakirələrin nəticəsi və eləcə də son günlər baş verən proseslər- Amerikalı jurnalist Amanda Eriksonla Britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslərin hücumuna məruz qalmasına, Bakı Şəhər İcra Hakimiyyətinin İP-nın mitinqinə icazə verməməsinə partiyanın münasibəti barədə açıqlama ilə çıxış edib. Açıqlamada deyilir: ?Biz, Milli Qurtuluşçular Azərbaycanda demokratik islahatların aparılması tərəfdarı olduğumuzu bəyan edərək İP-in 19 iyun aksiyasının tələbləri ilə həmrəy olduğumuzu bildiririk. Hesab edirik ki, aksiyalarda həbs olunan fəallar dərhal azadlığa buraxılmalı, qondarma cinayət işləri dayandırılmalıdır. Hakimiyyət müxalifətin tam spektrini əhatə edən qüvvələrlə dialoqa getməli, saxta parlament buraxılmalı, seçki komissiyaları paritet əsasında formalaşmalıdır. Vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilməli, şəhərin mərkəzinə yaxın yerlərdə aksiyalar üçün müvafiq yerlər ayrılmalıdır?. İki əcnəbinin 15 iyun tarixində naməlum şəxslər tərəfindən döyülməsi faktını pisləyən MQP başqanı hüquq-mühafizə orqanlarını həmin şəxslərin kimliyini müəyyənləşdirmək və cinayət məsuliyyətinə cəlb etmək istiqamətində təcili tədbirlər görməyə çağırıb. MQP lideri BŞİH-in İP-in aksiyasına icazə verməmək barədə qərarını da şərh edərək, bu qərarın həm beynəlxalq konvensiyalara, həm də ölkə Konstitusiyasına zidd olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA