ABŞ dövlət katibinin müavini Azərbaycan müxalifətilə görüzüb

img

15-06-2011 [11:04]


İyunun 15-də Azərbaycana səfərə gələn ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu və REAL Hərəkatının həmsədri İlqar Məmmədovla görüşüb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da iştirak edib. İsa Qəmbərin ?Yeni Müsavat?a verdiyi xəbərə görə, görüş 2 saat yaxın davam edib: ?Görüşdə ABŞ-Azərbaycan münasibətləri, Azərbaycanda demokratiya və insan haqları məsələləri ilə bağlı kompleks bütün məsələlər haqqında fikir mübadiləsi oldu. Siyasi məhbuslar məsələsi, sərbəst toplaşmaq azadlığı, media azadlığı, jurnalistlərə, qəzetlərə basqılar, internetlə, radiolarla, televiziyalarla bağlı problemlər, universitetlərdən siyasi mənsubiyyətinə görə xaric edilən gənclər və bir sıra başqa məsələlər haqqında müzakirə imkanı oldu. Bu da təbiidir. Çünki qonağın əsas fəaliyyət sahəsi demokratiya və insan haqları məsələsidir?. T.Melianın səfəri ABŞ-la Azərbaycan arasında demokratiyaya dair yüksək səviyyəli siyasi dialoq xarakteri daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA