Əli Əliyev partiyada təzkilatlanma izinin sürətləndirilməsi üçün partiyanı topladı

img

14-06-2011 [11:49]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya prosesinin mövcud durumu, partiyada təşkilatlanma işinin sürətləndirilməsi, Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələri və cari məsələlər müzakirə olunub. VİP sədri Əli Əliyev ölkədəki mövcud durumun geniş təhlilini verib və yaxın perspektiv üçün gözləntiləri diqqətə çatdırıb. Ə.Əliyev daha sonra müxalifətdaxili inteqrasiya prosesinin gedişatı barədə məlumat verib və VİP-in iştirakı ilə formalaşdırılacaq əməkdaşlıq formatının mümkün tərkibini dəyərləndirib. İclasda partiyanın təşkilatlanması məsələsi geniş müzakirə olunub və bu işin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Qərara alınıb ki, 2011-ci ilin 2-ci yarısı VİP-də təşkilatlanma kampaniyası dövrü elan olunsun bu istiqamətdə fəaliyyət daha da genişləndirilsin. Kampaniyanın effektli aparılması məqsədi ilə Siyasi Şura üzvlərinə konkret bölgələr üzrə kuratorluq həvalə edilib. Siyasi Şuranın iclasında Türkiyədə bu il iyunun 12-də keçirilmiş parlament seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb və qardaş ölkədəki bu siyasi kampaniyanın nəticəsinin Türk xalqının iradəsini əks etdirdiyi vurğulanıb. Təkiliflərə əsasən, Türkiyə seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyasına (AKP), eyni zamandı barajı keçən Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarına VİP adından təbrik məktubları göndərilməsi qərara alınıb. Daha sonra cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA