Azərbaycan Liberal Partiyası siyasi zurasının iclası keçirilib

img

08-06-2011 [11:41]


Bu gün ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadənin sədrliyi ilə Azərbaycan Liberal Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. MİA-nın məlumatına görə, iclasda ölkədə və regionda ictimai-siyasi vəziyyətlə bağlı ALP sədri Əvəz Temirxan geniş məruzə ilə çıxış edib. Ə.Temirxan qeyd edib ki, bütün beynəlxalq görüşlərdə ALP Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə həllində 1948-53 illərdə və 1 yanvar 1988-ci ildən sonra Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların vətəndaş hüquqlarının bərpasını vazkeçilməz şərt kimi müdafiə edir. Partiyanın təşkilatlanma məsələlərinə dair ALP İK sədri E.Məmmədzadə məlumat verib, qarşıda duran işlərdən danışıb və rayon təşkilatlarının rəhbərlərinə tapşırıq verib. İclasda həmçinin rayon təşkilatlarının sədrləri ? Suraxanıdan Solmaz Əzizova, Şirvandan Məhərrəm Qanbayev, Sabunçudan Xurşud Abbasova, Yasamaldan Fəxrəddin Hüseynov və digərləri çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA