Prezident Administrasiyasının qarzısında aksiya

img

08-06-2011 [02:00]


?Mur-Ay? tikinti şirkəti tərəfindən aldadılan 100 nəfərdən çox adam iyunun 8-də Prezident Administrasiyasının qarşısındakı etiraz aksiyası keçirib. Polis aksiyanın qarşısını alıb. Aksiya iştirakçılarından 13 nəfər və ?Yeni Müsavat? qəzetinin müxbiri Elmin Bədəlovu saxlanılıb. Şifahi xəbərdarlıqdan sonra onlar sərbəst buraxılıblar. Aksiyaçıların tələbləri odur ki, ya evlərə görə ödədikləri pullar geri qaytarılsın, ya da evlə təmin olunsunlar. ?Mur-Ay? şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata əsasən, tikinti şirkəti Bakıda inşa olunan 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA