üç partiya sədri görüzdü

img

07-06-2011 [06:27]


Bu gün Azərbaycan Yaşıllar Partiyasının (AYP) həmsədri Mayis Gülalıyev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Görüşdə ölkədəki mövcud ümumi vəziyyət, qeyd olunan partiyaların iştirakı ilə yaradlacaq yeni formatın müəyyənləşdirilməsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. AYP, VİP və ALP sədrləri eyni zamanda, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçakla keçirilmiş görüşün nəticələrini dəyərləndiriblər. Bundan başqa, AYP-nin həmsədri Təranə Məmmədovanın Moskva və Budapeşt səfərinin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb. Partiya rəhbərləri qarşıdakı dönəm üçün nəzərdə tutulan birgə fəaliyyətin növbəti istiqamətlərini və tədbirlər planını nəzərdən keçirərək, müvafiq qərarlar qəbul ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA