Hafiz Hacıyev partiyanın qurultayını keçirə bilmir

img

07-06-2011 [04:53]


Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda son günlər ölkədə və dünyada baş verən hadisələr, həmçinin partiyaya daxil olan müraciətlər müzakirə edilib. Müzakirələr zamanı baş verən hadisələr siyasi baxımdan dəyərləndirilib və məsələyə dair müxtəlif fikirlər səsləndirilib. Sonra partiyaya daxil olan təklif və müraciətlərə baxılıb. Toplantıda gündəlikdə duran əsas məsələ partiyanın may ayına planlaşdırdığı qurultayın gecikməsinin səbəbləri olub. Qeyd edək ki,partiya əvvəlcə maliyyə üzündən qurultayının vaxtını dəyişmişdi . Qurultayın növbəti dəfə təyin olunan vaxtda keçirilməməsi yer problemi ilə bağlıdır. Partiya dəfələrlə müxtəlif idarə və müəsisə rəhbərlərinə məktubla müəraciət etsə də bütün cəhdləri nəticəsiz qalıb. Ona görə MMP qurultayının növbəti dəfə vaxtını dəyişdirmək məcburiyyətndə qalıb. Toplantı iştirakçıları partiyaya qurultayını keçirmək üçün yer verilməməsini MMP?yə qarşı qərəzli və düşünülmüş planın bir hisəsi kimi dəyərləndirib. Sonda İH məsələnin həllini tapmayacağı təqdirdə Ali dövlət qurumlarının qarşısında aksiyaların keşirilməsinə qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA